» » Yarovaya “Charlie Hebdo”-nu informasiya terrorizmində ittiham etdi

Yarovaya “Charlie Hebdo”-nu informasiya terrorizmində ittiham etdi

Yarovaya “Charlie Hebdo”-nu informasiya terrorizmində ittiham etdi

“Bu, yalnız arsız mənəviyyat deyil”.

Dövlət Dumasının Təhlükəsizlik və rüşvətxorluqla mübarizə Komitəsinin rəhbəri İrina Yarovaya fransız satirik jurnalı “Charlie Hebdo”-nun fəaliyyətini informasiya terrorizmi adlandırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Deputatın fikrincə, jurnalda dərc edilənlər yalnız arsız mənəviyyat və istənilən qiymətə gəlir qazanmaq deyil, bu, gizlədilmiş informasiya terrorizmidir.

Bununla yanaşı, Yarovaya terroristik təşkilatların fəaliyyətinin qadağa altında olmasına, “informasiya terrorçularının” fəaliyyətinin isə vasitəçi rolunda çıxış etməsinə diqqət çəkib.

Daha öncə İctimai palatada ATƏT-dən “Charlie Hebdo”-nun yeni karikaturasına qiymət verməsi xahiş edildiyi barədə məlumat yayılmışdı.

Jurnalın 2015-ci ilin noyabr ayının 10-da işıq üzü görən yeni buraxılışında Misirdə qəzaya uğrayan A321 sərnişin təyyarəsinə dair karikatura yer alır.