» » Almaniyada mənzildə yeddi uşağın cəsədini tapıblar

Almaniyada mənzildə yeddi uşağın cəsədini tapıblar

Almaniyada mənzildə yeddi uşağın cəsədini tapıblar

İstintaq başlayıb.

Almaniya polisi ölkənin cənubunda Bavariyanın federal torpaqlarında yeddi uşağın cəsədini tapıb, cümə günü Focus nəşri məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, cəsədlər Vallenfels şəhərində yaxın vaxtlara qədər 45 yaşlı qadının yaşadığı mənzildə tapılıb.  

Polis nümayəndəsi bildirib ki, cəsədlər pis vəziyyətdədir, amma qadının uşaqların ölümündə şübhəli olub-olmamasını dəqiqləşdirməyib.

“Hal-hazırda onun uşaqların anası olub-olmaması faktı yoxlanılır”, - polis nümayəndəsi Focus-a bildirib.

Hadisə ilə bağlı araşdırma başlayıb. Nəşr nə mənzilin keçmiş sahibəsinin şərhini, nə də adını öyrənməyə müvəffəq olub.