» » Putin İrana səfər edəcək

Putin İrana səfər edəcək

Putin İrana səfər edəcək

“İkitərəfli əlaqələr də nəzərdən keçiriləcək”.

Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin noyabrın 23-də İrana səfər edəcəyini bəyan edib. O, İranda qaz ixracatçı-ölkələrinin forumunda iştirak edəcək, həmçinin iştirakçı ölkələrin liderləri ilə ikitərəfli əlaqələr də nəzərdə tutulub.   

“Biz noyabrın 23-də Tehranda keçiriləcək qaz ixracatçı-ölkələrin forumunun üçüncü sammitində iştirak edəcəyik. Çox güman ki, Rusiyanın iştirakı yüksək səviyyədə olacaq, bizim prezidentimiz ora gedəcək”, - Uşakov jurnalistlərə bildirib.

ucarliyiq.biz xəbər verir ki, bununla yanaşı o, ikitərəfli əlaqələrin müzakirə ediləcəyini istisna etməyib.

Uşakov qeyd edib ki, bu, bir günlük səfər olacaq.

“Forumun sammitində iştirak çərçivəsində təbii ki, həm görüşün sahibi, həm də müvafiq səviyyədə iştirak edən ölkələr ilə ikitərəfli əlaqələr də nəzərdən keçiriləcək”, - Uşakov qeyd edib.