» » Kiyevdə “Cəbhə ən-Nüsrə”nin rəhbərlərindən biri saxlanıldı

Kiyevdə “Cəbhə ən-Nüsrə”nin rəhbərlərindən biri saxlanıldı

Kiyevdə “Cəbhə ən-Nüsrə”nin rəhbərlərindən biri saxlanıldı

“Prokurorluq əməkdaşları tərəfindən ekstradisiya prosedurları başlayıb”.

Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları “Əl-Qaidə”nin Suriya filialı olan “Cəbhə ən-Nüsrə”nin rəhbərlərindən birini saxlayıblar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik xidmətinin mətbuat xidməti çərşənbə günü məlumat yayıb.

Daha öncə Ukrayna sərhədçiləri Kiyevin “Borispol” aeroportunda “İslam dövləti” (İŞİD) qruplaşmasında iştirak etdiyinə görə, guya ki, İnterpol tərəfindən axtarışda olan rusiyalını saxlamaları barədə məlumat yaymışdılar.

“Dövlətlərarası axtarışda olan “Cəbhə ən-Nüsrə” terror təşkilatının rəhbərlərindən biri Kiyevdə Ukraynanın təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. SSRİ-nin sabiq respublikalarından birinin vətəndaşı 2013-2014-cü illərdə Suriyada hərbi münaqişədə iştirak edib” - press-relizdə deyilir.

Bununla yanaşı Ukrayna təhlükəsizlik xidməti bu saxlanılmanın Dövlət sərhəd xidmətinin Kiyev aeroportunda İD üzvünün saxlanılması ilə əlaqədar olmasını dəqiqləşdirmir.

Güc nazirliyinin məlumatına görə, saxlanılan şəxsə qarşı ekstradisiya həbsi şəklində həbs qətimkan tədbiri seçilib.

“Prokurorluq orqanları tərəfindən ekstradisiya proseduru başlanılıb”, - Ukrayna təhlükəsizlik xidmətindən bildirilib.

Press-relizdə saxlanılan ekstremistin hansı ölkəyə ekstradisiya olunacağı dəqiqləşdirilməyib.