» » Almaniyada 87 yaşlı qadın Holokosta görə həbs edildi

Almaniyada 87 yaşlı qadın Holokosta görə həbs edildi

Almaniyada 87 yaşlı qadın Holokosta görə həbs edildi

Məhkum qərardan şikayət etmək niyyətindədir.

Almaniyanın Hamburq məhkəməsi 87 yaşlı qadını on ay müddətinə azadlıqdan məhrum edib, buna onun Osvensimdə Auşvits-Birkenau düşərgəsində insanların öldürülmədiyinə dair iddiası səbəb olub, “Bild” qəzetində məlumat yayılıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Almaniya qanunvericiliyinə əsasən, “milli-sosializm ideyalarını rəhbər tutaraq, ictimaiyyət qarşısında və ya iclasda bu əmələ bəraət qazandırılırsa, onun ciddiliyi müzakirə edilirsə və ya azaldılırsa”, buna görə beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İttihama əsas olan sözləri təqaüdçü qadın 2015-ci ilin aprel ayında En-de-er (NDR) telekanalının efirində səsləndirib.

Məhkum qərardan şikayət etmək niyyətindədir.

2009-cu ildə qadını 2,7 min avro dəyərində cərimə ediblər, səbəb isə onun Yəhudilərin Mərkəzi Şurasının rəhbəri Şarlotta Knobloxa “yeni hücumlarla” hədə-qorxu gəlməsi olub.

Müxtəlif məlumatlara görə, müxtəlif millətlərin nümayəndələri olan 1,1-2 milyon adam, o cümlədən də 1 milyondan çox yəhudi, 15 minə yaxın sovet hərbi əsirləri, Polşa intellegensiyasının nümayəndələri Osvensimdə həyatını itirib.

Düşərgənin və Osvensim yaşayış məntəqəsinin azad edilməsi uğrunda döyüşlərdə 200-dən çox sovet əsgəri və zabiti həlak olub.