» » Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü

Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü

Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü

İŞİD Fransa dövlətinin mərkəzinə zərbə endirdi.

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

ucarliyiq.biz xəbər verir ki, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

Noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.

Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.

Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

Paris meriyasının məlumatına görə, terror aktları qurbanlarının 100-ü “Bataklan” teatrında, 40 nəfər isə paytaxtın müxtəlif bölgələrində öldürülüb.

Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Fransa ordusunun 1,6 min hərbçisi Parisə yeridilib, əmliyyat keçirilir, yaralıların evakuasiyası davam edir.