» » Obama: Paris sakinlərinə hücum bütün bəşəriyyətə hücumdur

Obama: Paris sakinlərinə hücum bütün bəşəriyyətə hücumdur

Obama: Paris sakinlərinə hücum bütün bəşəriyyətə hücumdur

“Biz terrorçuların dinc sakinlərə çirkin hücumlarının şahidi olmuşuq”.

ABŞ prezidenti Barak Obama Ağ evdə Parisdə cümə günü baş verən terror aktı ilə əlaqədar bəyanatla çıxış edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

“Biz yenə də terrorçuların dinc sakinlərə çirkin hücumunun şahidi olduq. Bu hücum bütün bəşəriyyətə və bölüşdüyümüz universal dəyərlərə edilən hücumdur”, - prezident bəyan edib.

Qeyd edək ki, noyabrın 14-də - şənbə gününə keçən gecə Parisdə terror hücumları nəticəsində 150 nəfər həlak olub.  

Le Figaro qəzetinin yaydığı məlumata görə, Parisdə ən azı dörd atışma qeydə alınıb, Fransa və Almaniyanın milli yığmaları arasında yoldaşlıq matçının keçirildiyi “Stad de Frans” stadionu qarşısında üç partlayış baş verib, eləcə də Amerikanın Eagles of Death Metal rok-qrupunun konserti keçirilən Bataclan-da 1500 nəfər girov götürülüb.

Parisdə birinci partlayışı kamekadze-terrorçunun törətdiyi məlumdur. Bundan başqa, Bataclan-a hücum zamanı hərbçilər ən azı üç terrorçunu məhv ediblər.

Baş vermiş terror aktı ilə əlaqədar Fransa hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.