» » İŞİD Parisdə terror aktlarına görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Parisdə terror aktlarına görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Parisdə terror aktlarına görə məsuliyyəti öz üzərinə götürdü

Hücumları Suriya üçün “Vendetta” adlandırıblar.

“İslam Dövləti” (İŞİD) terror təşkilatı Parisdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD hücumları Suriya üçün “Vendetta” adlandırıb, İtaliyanın informasiya kanalı Sky Tg24 məlumat yayıb.

ucarliyiq.biz rusnovosti.ru-ya istinadən xəbər verir ki, Fransa paytaxtında hücumlar nəticəsində 150 nəfər həlak olub. Zəbt olunmuş və sonradan azad edilmiş Bataclan konsert zalında girov götürülənlərdən 100 nəfər, digər məkanlarda partlayışlar və atışmalar zamanı isə 40 nəfər həlak olub.

Qeyd edək ki, Parisdə silsilə terror aktları baş verib. Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyət elan edib və sərhədləri bağlamaq haqqında göstəriş verib.