» » Olland Türkiyə səfərini ləğv etdi

Olland Türkiyə səfərini ləğv etdi

Olland Türkiyə səfərini ləğv etdi

Fransa prezidenti G-20 sammitində iştirak etməyəcək.

Fransa prezidenti Fransua Olland Parisdə baş vermiş terror aktları ilə əlaqədar Antalyada keçiriləcək G-20 sammitinə planlaşdırdığı səfəri ləğv edib.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, Fransanı zirvə toplantısında ölkənin xarici işlər naziri Loran Fabius təmsil edəcək.
 
Parisdə törədilən terror aktları nəticəsində, müxtəlif məlumatlara əsasən 45-dən 150-dək  nəfər ölüb.

Frnasanın paytaxtında fövqəladə vəziyyət rejimi elan olunub.
 
Qeyd edək ki, noyabrın 15-16-də Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin”(G 20) sammiti keçiriləcək.