» » Kadırov: Terror məğlub olmasa, dünyada xaos yaranacaq

Kadırov: Terror məğlub olmasa, dünyada xaos yaranacaq

Kadırov: Terror məğlub olmasa, dünyada xaos yaranacaq

“Parisdəki hadisələrin ardında İblis dövləti durur”.

Çeçenistanın rəhbəri Ramzan Kadırov ərəb və müsəlman ölkələrinin liderlərini Parisdə baş verən terror aktları ilə əlaqədar terrorçulara qarşı səylərini birləşdirməyə çağırıb.

ucarliyiq.biz bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

“İndi Parisdə baş verənlərin ardında İblis dövlətinin durduğuna heç kim şübhə etmir”, - Kadırov İnstagram-da yazıb.

Onun sözlərinə görə, “beynəlmiləl terror” İŞİD-in tərkibində dünyanın bütün ölkələrindən on minlərlə yaraqlı hazırlanıb.

Kadırov hesab edir ki, terrorizm məğlub olmasa, dünyda xaos yaranacaq və belə məkrli hadisələrin sonu olmayacaq.