» » Türkiyə Fransaya bütün uçuşları dayandırdı

Türkiyə Fransaya bütün uçuşları dayandırdı

Türkiyə Fransaya bütün uçuşları dayandırdı

Parisdə baş verən terror aktlarına görə.

“Türkiyə hava tolları” Parisdə baş verən terror aktlarına görə Fransaya bütün reysləri dayandırıb.

Bu barədə ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən uçuşlar noyabrın 21-nə qədər dayandırılıb.

Fransaya uçuşlar bərpa edildikdən sonra sərnişinlər ləğv olunmuş reyslərə aldıqları biletlərdən cərimə ödəmədən istifadə edə biləcəklər.

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.