» » İŞİD yaraqlıları qadın paltarı geyib qaçırlar - FOTO

İŞİD yaraqlıları qadın paltarı geyib qaçırlar - FOTO

İŞİD yaraqlıları qadın paltarı geyib qaçırlar - FOTO

Terrorçular maskalanmaq üçün kosmetikadan istifadə ediblər.

Suriyada onlarla “İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlısı saxlanılıb, onlar Hələb şəhərindən qadın paltarında qaçmağa çalışıblar.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə bazar günü noyabrın 15-də İranın “Fars” agentliyi məlumat yayıb.

Bundan başqa, agentlik terrorçuların maskalanmaq üçün kosmetik vasitələrdən istifadə etdiklərini də qeyd edib. Əyani sübut kimi iki kişinin qadın paltarında şəkli də göstərilib.  

Fars agentliyinin məlumatına görə, keçən həftə Suriya ordusu və bölükləri Hələbin təxminən 410 kilometrlik ərazisini İŞİD yaraqlılarından azad ediblər.  

Noyabrın 10-da əsasən Suriya ordusunun əsgərləri Hava-kosmik qüvvələrinin dəstəyi ilə “İslam Dövləti” yaraqlılarının Hələb şəhərinin əyalətində yerləşən Kveyris aeroportu ətrafındakı blokadasını qırıblar. Baza artıq iki il idi ki, yaraqlıların nəzarətində idi.   

Rusiya Suriya hökumətini terror qruplaşmaları, o cümlədən RF-də qadağan edilmiş “İslam Dövləti” və “Cəbhə ən-Nüsrə” ilə mübarizədə dəstəkləmək üçün ölkədə sentyabrın 30-dan hava əməliyyatları keçirir.

Aviaqrupun tərkibinə 50-dən çox təyyarə daxildir. Moskvadan başqa, yaraqlılara qarşı 2014-cü ilin sentyabrından ABŞ rəhbərliyi altında koalisiya qüvvələri də kampaniya keçirir.

İŞİD yaraqlıları qadın paltarı geyib qaçırlar - FOTO