» » Vals: Parisdə terror aktları Suriyada planlaşdırılıb

Vals: Parisdə terror aktları Suriyada planlaşdırılıb

Vals: Parisdə terror aktları Suriyada planlaşdırılıb

Cümə günü axşam Fransada silsilə terror aktları törədilib.

Keçən həftə Parisi lərzəyə gətirən terror aktları Suriyada təşkil edilib və planlaşdırılıb, bazar ertəsi Fransanın baş naziri Manuel Vals bəyan edib.

“Bu hücum Suriya ərazisində düşünülüb, təşkil edilib və planlaşdırılıb”, - Vals RTL radiostansiyasının efirində bəyan edib, ucarliyiq.biz xəbər verir.

Cümə günü axşam Fransada silsilə terror aktları törədilib.

Naməlum şəxslər Fransa paytaxtında restoranların birində atəş açıblar, Fransanın prezidenti Fransua Ollandın iştirak etdiyi Fransa və Almaniya yığmalarının yoldaşlıq görüşü keçirliən “Satd de Frans” stadionu yaxınlığında üç partlayış baş verib.

Bundan başqa, 11-ci dairədə “Bataklan” teatrında naməlum şəxslər insanları girov götürüblər. 130-a yaxın adam terror aktının qurbanı olub.