» » Fransanın baş nazirindən terror təhlükəsi xəbərdarlığı

Fransanın baş nazirindən terror təhlükəsi xəbərdarlığı

Fransanın baş nazirindən terror təhlükəsi xəbərdarlığı

“Episentr İraqdadır”.

Fransanın paytaxtında terror aktları əvvəlcədən hazırlanıb, Avropanın digər ölkələrində ekstremistlərin əməllərinin təzahürünü gözləmək lazımdır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals bəyan edib.

“Terror aktı Suriyada düşünülüb, təşkil edilib və planlaşdırılıb”, - Vals bəyan edib.

Hökumət başçısının vurğuladığı kimi, Fransa 2014-cü ildən “İslam Dövləti” radikal təşkilatına qarşı koalisiyada iştirak edir.

“Amma episentr Suriyada deyil, İraqdadır. Məhz orada gələcək həll olunur. Məhz İraqda biz digərləri ilə bərabər İŞİD-ə qarşı mübarizə aparırıq. Və biz “Miraj” və “Rafal” təyyarələrimizi Suriyada istifadə etmək qərarına gəldik”- o vurğulayıb.