» » Avstraliyada müsəlmanlar partiyası yaradılıb

Avstraliyada müsəlmanlar partiyası yaradılıb

Avstraliyada müsəlmanlar partiyası yaradılıb

Partiyanın lideri müsəlmanlara eşidilmək imkanı yaratmaq istəyir.

Avstraliyada çərşənbə axşamı müsəlmanlar partiyası yaradılıb, BBC məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, yeni birlik “Avstraliya müsəlmanlarının partiyası” adlanır və onun liderinin sözlərinə görə, ölkə senatına seçkilərdə iştirak etməyə hazırlaşır.

Avstraliyada partiyanın yaranması dövründə yarım milyona yaxın müsəlman yaşayır, amma 250 deputatdan yalnız 1 nəfər özünü müsəlman adlandırıb.

Partiyanın təsisçisi Sidney sakini Dia Mohammed partiyanın yaranma səbəblərindən birinin də bu günlərdə Parisdə baş verən hadisələrin olduğunu bildirib.

Mohammedin sözlərinə görə, bu faciədən sonra bütün dünya müsəlmanlarının üzləşdikləri suallara cavab tapmaq istəyir.

Partiyanın lideri Avstraliyada yaşayan müsəlmanlara eşidilmək imkanı yaratmaq istəyir.

“Bəlkə də biz hələ bunu necə etmək lazım olduğunu bilmirik və ya biz həddən artıq dağınıq şəkildəyik, amma ümid edirəm ki, indi bizim belə bir şansımız yaranacaq”, - o deyib.

Mohammedin partiyanı yaratmasına digər səbəb isə ölkədə eyni anda bir neçə islam əleyhinə proqramlı partiyanın yaranmasıdır.

Ümumiyyətlə, jurnalistlər qeyd edirlər ki, Mohammedin senata seçilmək üçün hal-hazırda şansı çox azdır. Seçkilərdə iştirak etmək üçün 500 imza toplamaq lazımdır, amma müsəlmanların ən sıx yaşadığı ərazilərdə belə partiyanın potensial tərəfdaşlarının sayı seçicilərin ümumi sayının 20%-nə çatır.