» » Yəmənin ölkədən qaçan prezidenti geri qayıtdı

Yəmənin ölkədən qaçan prezidenti geri qayıtdı

Yəmənin ölkədən qaçan prezidenti geri qayıtdı

O, Taiz əyalətinə hücuma nəzarət edəcək.

Səudiyyə Ərəbistanında qaçaq olan Yəmən prezidenti Abd Rabbu Mansur Hadi ölkəyə qayıdıb, BBC məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, indi prezident Adendədir, o, qiyamçıların zəbt etdikləri Taiz əyalətinə hücuma nəzarət edəcək.

Sentyabrda prezident ölkəyə qayıtmışdı, amma yenidən ölkəni tərk etdi. 

Martın sonunda Abd Rabbu Mansur Hadi qiyamçı husilərin hücumu zamanı ölkədən qaçmaq məcburiyyətində qalmışdı.

Daha sonra Səudiyyə Ərəbistanı və onun İran körfəzindəki müttəfiqləri husilərin mövqelərini bombardman etməyə başladılar.  

İyulda hökumətyönümlü qüvvələr koalisiyanın quru qüvvələrinin yardımı ilə husiləri və sabiq prezident Ali Abdalla Salehin tərəfdaşlarının qoşunlarını Adendən çıxardılar.

Yəmən hakimiyyəti və onun müttəfiqləri husiləri İranın dəstəyi ilə hərəkət etməkdə ittiham edirlər, amma qiyamçılar bunu inkar edirlər.

BMT-nin məlumatına görə, Yəməndə münaqişə zamanı dörd mindən çox adam həlak olub, onların yarısından çoxu dinc əhali idi.

Ölkənin 1,4 milyona yaxın vətəndaşı öz evlərini tərk etmək məcburiyyətində qalıblar.