» » Məşhur komediya ustası vəfat etdi

Məşhur komediya ustası vəfat etdi

Məşhur komediya ustası vəfat etdi

İnfarkt nəticəsində.

Türk televiziyasının məşhur aktyoru və komediya ustası Atilla Arcan vəfat edib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla xəbər verir ki, Arcan 90-cı illərdə təqdim etdiyi “Binbir surat” adlı komediya proqramı ilə milyonları ekran başına toplamağı bacarmışdı.

Əsl adı Atilla Gürses olan Atilla Arcan keçirdiyi infarkt nəticəsində həyatını itirib.

“Süleyman Dəmirəl” təqlidi ilə yaddaşlarda qalan Arcanın ölüm xəbərini Cem Yılmaz və Hakan Yılmaz rəsmi Twitter hesablarında məlumat veriblər.

Komediya ustası Cem Yılmaz Arcanın şəklini paylaşaraq “Ah canım. Atilla Arcan məkanın cənnət olsun. Yeni eşitdim, gözəl bir ailənin fərqli komediya ustası idi” sözlərini yazıb.

Ürək çatışmazlığı  səbəbi ilə  Kartal Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılan Atilla Arcan burada əməliyyat olunub. Əməliyyatdan sonra axşam saatlarında həyatını itirib.

Mərhum 2013-ci ildə Bypass əməliyyatı (Bypass əməliyyatı - tutulması olan damarın xüsusi, ya süni, ya da bədənin özündən götürülmüş damar hesabına yenidən dəyişdirilməsidir) keçirmişdi.