» » Yunanıstanda zəlzələ oldu

Yunanıstanda zəlzələ oldu

Yunanıstanda zəlzələ oldu

Zəlzələnin mərkəzi 11 km dərinlikdədir.

Yunanıstanın qərbində zəlzələ baş verib, RİA Novosti Yunanıstan və ABŞ seysmoloqlarına istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Afina universitetindən bildirilənə görə, təkanların maqnitudası 5,9 bal gücündə olub.

Amerikalı alimlərin məlumatına görə isə 6,4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Nidri şəhərinin cənubi-qərbindən 14 km məsafədə qeydə alınıb, zəlzələnin mərkəzi 11 km dərinlikdədir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.