» » Putin: Biz onları planetin istənilən yerində tapıb cəzalandıracağıq

Putin: Biz onları planetin istənilən yerində tapıb cəzalandıracağıq

Putin: Biz onları planetin istənilən yerində tapıb cəzalandıracağıq

“Biz heç kimi və heç nəyi unutmamışıq”.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya terrorçuları planetin istənilən yerində tapıb cəzalandıracaq, ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir. 

“Rusiyanın A321 sərnişin təyyarəsində törədilən terror aktında günahı olanlar tapılıb cəzalandırılacaqlar”,- prezident vurğulayıb. 

“Rusiya ilk dəfə deyil ki, vəhşi terror əməlləri ilə qarşılaşır, əsasən də səbəbi olmadan, daxili və ya xarici, elə 2013-cü ildə Volqoqrad vağzalında olduğu kimi. Biz heç kimi və heç nəyi unutmamışıq”, - dövlət başçısı bazar ertəsi axşam saatlarında keçirdiyi iclasda bəyan edib. 

“İnsanlarımızın Sinay yarımadasında qətli cinayətlərin ən qanlısıdır. Biz qəlbimizin və ruhumuzun göz yaşlarını silməyəcəyik. Bu, daima bizimlə olacaq. Amma bu bizə cinayətkarları tapıb cəzalandırmağa mane olmayacaq”, - Putin vurğulayıb. 

“Terrorçulara vasitəçilik etməyə çalışan hər kəs bilməlidir ki, bu əməlin ört-basdır edilməsinin nəticələrinin ağırlığı onların çiyinlərində olacaq”,- prezident vurğulayıb. 

Putin Rusiya Federasiyasının xüsusi xidmətlərinə A321 təyyarəsinin Misirdə qəzaya uğramasında əli olanların axtarışına istiqamətlənməyi göstəriş verib. 

Rusiya digər ölkələrdən də Misirdə “Koqalımavia” şirkətinə məxsus A321 sərnişin təyyarəsinin qəzaya uğramasına aidiyyatı olan cinayətkarların axtarışında və cəzalandırılmasında vasitəçilik etmələrini xahiş edib.

“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən bütün tərəfdaşlarına müraciət etmələrini xahiş edirəm. Biz bu işin gedişatında, eləcə də cinayətkarların axtarışında bütün dostlarımıza ümid edirik”, - RF prezidenti bildirib. 

Dövlət rəhbəri deyib:

“Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin özünü müdafiə hüququnu nəzərdə tutuan 51-ci maddəsi ilə hərəkət edəcəyik”.