» » Şarm-əl-Şeyxdə həbslər

Şarm-əl-Şeyxdə həbslər

Şarm-əl-Şeyxdə həbslər

17 nəfər saxlanılıb.

Misir hakimiyyəti Şarm-əl-Şeyx aeroportunun iki əməkdaşını saxlayıb, onlar Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsi A321-in göyərtəsində partlayıcı qurğunun yerləşdirilməsində şübhəli bilinirlər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Reyter agentliyi Misirin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“17 nəfər saxlanılıb, iki nəfər təyyarənin göyərtəsinə bombanın yerləşdirilməsinə aidiyyatı olmaqda şübhəli bilinir”,- mənbə bildirib.

Qeyd edək ki, Rusiya və sovet aviasiyasının tarixində ən iri qəza oktyabr ayının 31-də baş verib. Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Misirdə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 nəfər heyət üzvü olub. Onların hamısı həlak olub.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bunun terror aktı olduğunu bəyan edib.