» » Rusiya bu ölkələrə uçuşu təhlükəli elan etdi - Azərbaycan da var

Rusiya bu ölkələrə uçuşu təhlükəli elan etdi - Azərbaycan da var

Rusiya bu ölkələrə uçuşu təhlükəli elan etdi - Azərbaycan da var

Yeni tövsiyələr verilib.

Rusiya aviaşirkətlərinə dünyanın 47 ölkəsinə uçuşla bağlı xəbərdarlıq edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İnterfaks-a aviaşirkətlərin birindən olan mənbə bildirib.

“Tövsiyələrdə həmin ölkələrə uçuşlar zamanı şirkətlərə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verilib.

Həmin siyahıda Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, İndoneziya, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tayland, Tacikistan, Türkmənistan, Tunis, Türkiyə, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-lanka kimi ölkələrin adları çəkilir”, - mənbə bildirib.

“Aviaşirkətlərə Rusiya aeroportlarında qəbul edilən quru qida və içməli su ehtiyatı ilə reyslərin həyata keçirilməsi tövsiyə edilib”, - agentliyin həmsöhbəti bildirib.

“Şirkətlərə həmçinin bu ölkələrdə mümkün qədər təyyarəyə texniki baxışı əcnəbi deyil, yerli texniki heyətlərin həyata keçirməsi məsləhət görülüb”,- mənbə bildirib.

Bundan başqa, adıçəkilən ölkələrin aeroportlarında uçuş və kabinə heyətinə təyyarələrin xidmətinə və enişinə nəzarət etmək tövsiyə edilib.

Aviaşirkətlərin rəhbərlərinə, eləcə də sadalanan dövlətlərin aeroportlarında aviatəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsləhət görülüb.

Qeyd edək ki, Rusiya Federasiyasının FTX (Federal Təhlükəsizlik Xidməti) rəhbəri Aleksandr Bortnikov çərşənbə axşamı A321 sərnişin təyyarəsinin Misirdə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində qəzaya uğradığını bildirib.