» » İndoneziyada yeni evlənən cütlük təcavüzkarın cinsi orqanını yedi

İndoneziyada yeni evlənən cütlük təcavüzkarın cinsi orqanını yedi

İndoneziyada yeni evlənən cütlük təcavüzkarın cinsi orqanını yedi

O, cinayəti zihaf gecəsindən sonra törətməyi qərara alıb.

Polis indoneziyalı cütlüyü təcavüzkarın qətlində və onun cinsi orqanını yeməkdə şübhəli biliblər, onlar həbs edilib, The South China Morning Post məlumat yayıb.

ucarliyiq.biz lenta-ya istinadən xəbər verir ki, 30 yaşlı kişi, Rudi Efendi polisə 20 yaşlı həyat yoldaşı Nuriyə ilə zihaf gecəsindən sonra cinayəti törətmək qərarına gəldiyindən danışıb. Toy gecəsi o, həyat yoldaşının bakirə olmadığını öyrənib.

Qadın ona toyundan bir həftə öncə yerli sürücü tərəfindən zorlandığını bildirib, həmin sürücü ilə qadının əvvəllər münasibəti olub.

“Mən çox qəzəblənmişdim və öz ağrımı sakitləşdirmək istəyirdim”, - Efendi öz əməllərinin motivini izah edərkən bildirib.

Polislərin versiyasına görə, şübhəli şəxs Nuriyədən onu zorlayan adamla görüş təyin etməyi xahiş edib. Amma görüşə Əfəndi özü yollanıb.

O, ehtimal edilən təcavüzkara bir neçə bıçaq zərbəsi vurub, daha sonra onun cinsi orqanını kəsib və maşınını yandırıb. Evə qayıdan Əfəndi arvadından təcavüzkarın cinsi orqanını bişirməyi və onunla bərabər yeməyini istəyib.

Onu qəsdən adam öldürməkdə, arvadını isə vasitəçilikdə ittiham edirlər.