» » ABŞ-da üzü yanan yanğınsöndürənə üz toxumaları köçürülüb

ABŞ-da üzü yanan yanğınsöndürənə üz toxumaları köçürülüb

ABŞ-da üzü yanan yanğınsöndürənə üz toxumaları köçürülüb

Əməliyyat 26 saat davam edib.

Nyu-Yorkda dünyada ən böyük üz toxumalarının köçürülməsi üzrə əməliyyat həyata keçirilib.

2001-ci ildə yanğında xəsarət alan könüllü yanğınsöndürən briqadasının üzvünə – anfasın tam ovalı, burun, qulaq, dodaq, göz qapaqları da daxil olmaqla yeni üz köçürüblər, Reuters məlumat yayıb.

ucarliyiq.biz lenta-ya istinadən xəbər verir ki, əməliyyat Nyu-York universitetinin tibb mərkəzində həyata keçirilib. Əməliyyat avqustda baş tutsa da onun nəticələri ictimaiyyətə indi təqdim edilir.

41 yaşlı Patrik Hardisona 26 yaşlı Devid Roudbaxın üzü nəql edilib. Donor velosiped sürərkən bədbəxt hadisə nəticəsində həlak olub, əməliyyat üçün onun toxuma maskası götürülüb.

Üz nəqli 26 saat çəkib, əməliyyatda 150 həkim iştirak edib, bu barədə mətbuat üçün brifinqdə tibbi briqadanın rəhbəri, plastik cərrah Eduardo Rodriges bildirib.

Faktiki olaraq paralel şəkildə iki əməliyyat aparılıb, belə ki, donordan götürülən toxumalar xəstəyə qonşu stolda köçürülüb.

Toxumaları bir parça şəklində donordan götürərək xəstənin kəlləsində bir neçə nöqtədə bərkidiblər, daha sonra isə həkimin sözləri ilə desək “başına keçiriblər”.

“Hər şey ideal şəkildə yerləşdirilib”, - Rodriges bildirib.

Belə mürəkkəb əməliyyatın keçirilməsinə Nyu-York həkimləri birillik xüsusi tibbi təcrübədən sonra icazə alıblar, Rodriges qeyd edib. Universitet əməliyyatın xərcini tamamən ödəyib, əməliyyat milyon dollara başa gəlib. 

Hardison yanıq və travmaları Missisipi ştatının Senatobiya şəhərində 2001-ci ildə yanğın zamanı alıb.

Sağlamlığı üçün əsas təhlükəni onun göz qapaqlarının olmaması törədirdi, bu, onun kor olmasına gətirib çıxara bilərdi. İndi xəstə gözünü qırpa və gözlərini bağlayaraq yata bilir.