» » Con Kerri Suriyada hakimiyyətin dəyişməsindən danışdı

Con Kerri Suriyada hakimiyyətin dəyişməsindən danışdı

Con Kerri Suriyada hakimiyyətin dəyişməsindən danışdı

“Biz bu prosesə nail olmağa çalışmağı davam etdirəcəyik”.

Suriyada siyasi keçid bir neçə həftə sonra mümkün olacaq.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ Dövlət katibi Con Kerri Fransa prezidenti Fransua Ollandla görüşdən sonra bildirib.

“Suriyada hakimiyyətin keçidi nəzəriyyədə artıq bir neçə həftə sonra mümkün olacaq”, Kerri deyib.

“Biz bu prosesə nail olmağa çalışmağı davam etdirəcəyik. Söhbət aylardan deyil, ümid edirik ki, həftələrdən gedir”, - dövlət departamentinin rəhbəri bildirib.

Xatırladaq ki, noyabrın 14-də Vyanada Suriya üzrə çoxtərəfli görüş təşkil edilib, görüş iştirakçıları BMT rəhbərliyi altında ölkədə monitorinq missiyasının yaradılmasına dair razılığa gəliblər. Missiya atəşkəs rejimini müşahidə edəcək.