» » Çarli Şin HİV-ə yoluxub

Çarli Şin HİV-ə yoluxub

Çarli Şin HİV-ə yoluxub

“Bu üç hərfi etiraf etmək çox çətindir”.

Hollivud aktyoru Çarli Şin insanda immun çatışmazlığı virusuna (HİV) yoluxduğunu etiraf edib, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

Şin noyabrın 16-da Metta Loeranın “Today” verilişində iştirak edib, NBC kanalında yayımlanan verilişdə neçə ildir ki, onu müşayiət edən xəstəlikdən danışıb.

“Mən bu verilişə HİV-ə yoluxduğumu etiraf etmək üçün gəlmişəm. Bu üç hərfi etiraf etmək çox çətindir”, - o bəyan edib.

Şin (əsl adı Karl İrvin Estevesdir) 50 yaşlı aktyordur, “Bölük”, “Uol-stirt”, “Qaynar başlar” filmlərindəki rolları ilə məşhurdur. Eləcə də “Çox qorxulu film” və “Maçete öldürür” filmlərində də çəkilib.

Son zamanlarda aktyorda alkoqol və narkotiklərlə bağlı problemlər meydana çıxıb, o, buna görə “İki yarım adam” serialını tərk edib, daha sonra isə Çarli bıçaqla öz diş həkiminə hücum etdikdən sonra qanunla da problemləri meydana çıxıb.