» » Rusiyada azərbaycanlı rəssamların 18+ sərgisini yoxlayırlar - FOTO

Rusiyada azərbaycanlı rəssamların 18+ sərgisini yoxlayırlar - FOTO

Rusiyada azərbaycanlı rəssamların 18+ sərgisini yoxlayırlar - FOTO

Təxribat xarakterli eksponatlar haqqında sərgiyə gələnlər bildirib.

Permin Motovilixinsk prokurorluğu müasir Azərbaycan rəssamlarının “Konfet dağları, neft sahilləri” sərgisini yoxlayacaqlar, “v Kurse.ru” məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, təxribat xarakterli eksponatlar haqqında polisə sərgiyə gələnlər bildirib.

“v Kurse.ru”-nun müxbirinə Permin Motovilixinsk prokurorluğundan bildiriblər ki, muzey qanunsuz informasiyanın olmasına dair yoxlanılacaq.

PERMM muzeyinin rəhbərliyinin hərəkətlərindən qəzəblənən permlilərin sözlərinə görə, uşaqların və valideynlərin diqqətinə və müzakirəsinə təqdim edilən eksponatlar açıq şəkildə zorakılığı, seksual və mənəvi özbaşınalığı, pedofiliyanı, uşaq pornoqrafiyasını təbliğ edir.

Sərgidə yaş məhdudiyyəti yoxdur, hətta uşaq müəssisələrində də fəal şəkildə reklam edilib. Sərgiyə çağırış broşürləri məktəb və uşaq evlərində yerləşdirilib. Reklam bukletinin mətnində uşaqlara müxtəlif oyuncaqların detalları olan podiumu taparaq rəssam Vüsal Rəhimin yaradıcılıq təcrübəsini qiymətləndirmək təklif edilir.

Oyuncaqların detallarının olduğu podiumda azərbaycanlı rəssam bir neçə gəlinciyi heç də birmənalı olmayan pozalarda yerləşdirib, gəlinciklərin bəziləri eybəcər hala salınıb.

Bununla rəssamın məktəblilərə nə demək istədiyini Perm hüquq-mühafizə orqanı əməkdaşları aydınlaşdıracaq. Baxmayaraq ki, müasir Azərbaycan incəsənətinin sərgisi artıq başa çatıb, amma prokurorluq əməkdaşlarında eksponatların çoxsaylı şəkilləri, eləcə də reklam broşürlərinin nümunələri var. Yoxlamadan sonra yekun qərar veriləcək.

Noyabrın 7-dən 15-nə kimi muzeydə olan uşaqların valideynləri öz növbəsində uşaqların belə tədbirlərdən qorunması və PERMM muzeyinin rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin xahiş edildiyi petisiya yazıblar.