» » Azərbaycan Rusiyanın An-124 təyyarəsini hava məkanına buraxmadı – AUDİO

Azərbaycan Rusiyanın An-124 təyyarəsini hava məkanına buraxmadı – AUDİO

Azərbaycan Rusiyanın An-124 təyyarəsini hava məkanına buraxmadı – AUDİO

“Ruslan” Ermənistandan havaya qalxıb.

Noyabrın 15-də Rusiyanın Hərbi kosmik qüvvələrinin An-124 “Ruslan” ağır nəqliyyat təyyarəsi Ermənistanın Gümrü aerodromundan havaya qalxıb, çox güman ki, o, Rusiyaya uçurdu. 

Amma təyyarə havaya qalxdıqdan bir müddət sonra geri dönməli olub, belə ki, Azərbaycan təyyarəyə öz hava məkanına daxil olmağı qadağan edib, voskanapat.info məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib.

Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığının yazısı da əlavə edilib.

Yazıya müvafiq olaraq, pilot “Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdiyi üçün” havaya qalxdığı aerodroma qayıtmaq məcburiyyətində olduğunu söyləyib.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir, onun maddi-texniki təminatı əsasən hava yolu ilə təmin edilir.