» » British Airways-in sərnişini uçuş zamanı qapını açmağa çalışıb

British Airways-in sərnişini uçuş zamanı qapını açmağa çalışıb

British Airways-in sərnişini uçuş zamanı qapını açmağa çalışıb

Qadın təyyarənin göyərtəsində saxlanılıb.

British Airways aviaşirkətinin sərnişini Londondan Amerikanın Boston şəhərinə uçan təyyarənin qapısını uçuş zamanı açmağa çalışıb, bu barədə Reuters məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, qadın təyyarənin göyərtəsində saxlanılıb. 

Bostonun Loqan aeroportuna endikdən sonra isə onu polis həbs edib. Baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları sərnişinləri və heyət üzvlərini dindiriblər.

“İstintaq müəyyən edib ki, o, əvvəl bildirildiyi kimi pilotların kabinəsinin qapısını yox, qəza çıxışının qapısını açmaq istəyib.

Hadisənin terrorizm ilə heç bir əlaqəsi müəyyən edilməyib”, - yerli polisin Twitter mikrobloqunda deyilir.

Qadının sərxoş olduğu qeyd edilir.

“Bizim müştərilər və heyət təhlükəsiz uçuşa layiqdirlər və biz təhqiredici davranışa yol vermərik”, - Britaniya aviaşirkətinin nümayəndələri qeyd ediblər, WCVB məlumat yayıb.