» » Moskvada azərbaycanlılar bir rayonu rabitəsiz qoydular – VİDEO

Moskvada azərbaycanlılar bir rayonu rabitəsiz qoydular – VİDEO

Moskvada azərbaycanlılar bir rayonu rabitəsiz qoydular – VİDEO

“Onlar ekskovatorun köməyi ilə telefon kabelini yerin altından çıxarıblar”.

Moskvada 12 nəfər - Özbəkistan, Moldova və Azərbaycan vətəndaşları 800 metr uzunluğunda bahalı kabeli oğurlayaraq Moskvanın bir mikrorayonunu rabitəsiz qoyublar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a paytaxtn polis idarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

“Paytaxtın Şimali-qərb dairəsi üzrə Daxili işlər idarəsinin əməkdaşları paytaxtda telefon kabellərinin silsilə oğurluğunda şübhəli bilinən 12 nəfərə - Özbəkistan, Moldova və Azərbaycan vətəndaşlarına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (böyük həcmdə oğurluq) üzrə cinayət işi açıblar.

Əcnəbilər ekskovatorun köməkliyi ilə yerin altından mis kabeli çıxardarkən, iş başında yaxalanıblar. Onlar çıxardıqları kabelləri doğrayaraq “Qazel” markalı maşına yükləyiblər”, - Qaliakberov bildirib.

Onun sözlərinə görə, 800 metr uzunluğunda bahalı kabel demontaj edilib. Hazırda dəyən ziyanın məbləği hesablanır.

“Nəticədə on minlərlə vətəndaşın yaşadığı, müxtəlif təşkilat və müəssisələrin, məktəb, xəstəxana, uşaq bağçalarının yerləşdiyi paytaxt mikrorayonlarından birinin əhalisini telefon rabitəsindən məhrum ediblər. 

Əməliyyatçıların versiyasına görə, cinayətkar qrup bir neçə ay müddətində sənaye miqyasında əlvan metal hasilatı ilə məşğul olub”, - mətbuat xidmətinin rəhbəri qeyd edib.