» » İsrail Qəzzadan raket atəşlərinə aviazərbələrlə cavab verdi

İsrail Qəzzadan raket atəşlərinə aviazərbələrlə cavab verdi

İsrail Qəzzadan raket atəşlərinə aviazərbələrlə cavab verdi

İsrailin müdafiə ordusu HƏMAS-ın iki obyektinə hücum edib.

İsrail aviasiyası Qəzza bölgəsində HƏMAS islam hərəkatının iki obyektinə hücum edib, hücum Fələstin yaraqlıları tərəfindən açılan raket zərbələrinə cavab olub, ordunun mətbuat xidməti məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, atışma zamanı xəsarət alan olmayıb.

“Dünən axşam... Qəzza bölgəsindən İsrailin cənubuna raket atılıb. Cavab olaraq İsrailin müdafiə ordusu Qəzza bölgəsinin şimali və mərkəzi hissələrində yerləşən HƏMAS-ın iki obyektini atəşə tutub”, - hərbçilərin məlumatında deyilir.

Fələstin tərəfinin məlumatına əsasən, İsrail hava zərbələrinin əsas hədəfləri Qəzzada hakimiyyətdə olan HƏMAS islam hərəkatının hərbi qolunun “İzəddin əl-Kəssamın Biraqadaları”nın düşərgələri olub.

“Xəstəxanalara yaralananlar daxil olmayıb”, yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Hərbçilərin məlumatına görə, ilin əvvəlindən İsrailin ərazisinə Qəzza bölgəsindən atılan onlarla raket düşüb.

Zərbələrin çoxunun arxasında “İslam dövləti” (İŞİD) qruplaşmasının terrorçularının ekstremist panizlamizm ideologiyasını bölüşən sələfi qruplaşmalarının dayandığı hesab edilir.

“Raketçilərin” mənsubiyyətindən asılı olmayaraq İsrail baş verən bütün aqressiv fəaliyyətə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyur və ondan bütün Fələstin fraksiyaları tərəfindən atəşkəsə riayətin təminatını tələb edir.