» » Hicablı qadını Zara mağazasına buraxmadılar – VİDEO

Hicablı qadını Zara mağazasına buraxmadılar – VİDEO

Hicablı qadını Zara mağazasına buraxmadılar – VİDEO

Bir çoxu ispan markasının məhsullarını boykot etməyə çağırıb.

Twitter və Facebook istifadəçiləri mühafizəçilərinin hicablı qadının ticarət zalına girməsinə icazə verməyən dəbli Zara markasının Parisdəki mağazasına irad tutublar.

ucarliyiq.biz BuzzFeed-ə istinadən xəbər verir ki, istifadəçilər internet şəbəkəsində baş verən hadisənin videosu yerləşdirildikdən sonra qızğın müzakirəyə başlayıblar.

Yazıda naməlum qadının kadrarxası səsi eşidilir, o, mühafizəçidən qadının niyə hicablı mağazaya girə bilməməsinin səbəbini soruşur. Zaranın əməkdaşı isə qaydaları onun müəyyən etmədiyini və bunun bəlkə daha sonra dəyişəcəyini bildirir.

BuzzFeed vurğulayıb ki, çarx 2015-ci ilin noyabr ayının 14-də Fransanın paytaxtında terror aktları silsiləsindən sonra çəkilib.  

Hadisənin videosu virusa çevrilib, istifadəçilər Zara brendinin Facebook və Twitter səhifələrində qəzəbli şərhlər yazıblar. Bir çoxu ispan markasının məhsullarını boykot etməyə çağırıb.

İradlara cavab olaraq Zara izah verib və hicablı alıcı xanımdan üzr istəyib.

“Zaranın Fransadakı nümayəndəliyinin rəhbəri baş verən hadisə üçün üzr istəməyə və şirkətimizin prinsiplərinə zidd olan bu davranış ilə razılaşmadığını bildirmək üçün alıcı ilə şəxsən əlaqə yaradıb. Həm mühafizəçi, həm də mağazanın administratoru xidməti töhmət alıblar”, - məlumatda deyilib.

Qeyd edək ki, noyabrın 14-nə keçən gecə Parisdə və şəhər ətrafında silsilə terror aktları törədilib, son məlumata görə, 129 nəfər bu terror aktlarının qurbanı olub, 352 nəfər isə xəsarət alıb.