» » Nazarbayev məmurlardan tələb etdi: Pul tapın

Nazarbayev məmurlardan tələb etdi: Pul tapın

Nazarbayev məmurlardan tələb etdi: Pul tapın

“Dünyada pul çoxdur, onları cəlb etməyi bacarmaq lazımdır”.

Qazaxıstanlı məmurlar bütün peşəkarlıqlarını xarici investorların ölkəyə cəlb olunmasına yönəltməlidirlər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkə prezidenti Nursultan Nazarbayev bəyan edib.  

Dövlət başçısı qeyd edib ki, onun Çinə, Böyük Britaniyaya, Fransaya səfərləri zamanı biznesmenlər Qazaxıstana qarşı maraq nümayiş etdiriblər.

“Bugünkü reallıqlarda heç kimin belə imkanı yoxdur. Dünyada pul çoxdur, onları cəlb etməyi bacarmaq lazımdır. Hökumətin bütün ustalığı, kadrlarımızın bacarığı buna yönəlməlidir”, - Nazarbayev hökumətin iclasında deyib.

“Məndə hər dəfə bir fikir yaranır, bizdə kim isə bir adam bu investisiyaları koordinasiya edir? Yəni investor gəlsin, hökumətdə konkret kiməsə müraciət etsin, kabinetləri gəzməsin və həmin bir nəfər onu kiminlə lazımdırsa tanış etsin, lazım olana qapı açsın”, - prezident deyib.