» » Nazarbayev onu əvəzləyə biləcək layiqli namizəd görmür

Nazarbayev onu əvəzləyə biləcək layiqli namizəd görmür

Nazarbayev onu əvəzləyə biləcək layiqli namizəd görmür

“Başqası yoxdur, ona görə də məndən bərk tutun”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı postunda onu zamanla əvəz edə biləcək insanı tapmadığından danışıb.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, bu barədə o, Astanada hökumətin geniş formatda keçirilən iclasında bildirib.

“Əvəz axtarmağa başlayanda ətrafda hər şey tapdalanıb. Heç kim yoxdur, mən təkəm. Başqası yoxdur, ona görə də məndən bərk tutun”, - Nazarbayev qeyd edib.

“Növbəti daha pis olacaq”, - prezident əlavə edib.

Bu ilin aprel ayında Nazarbayev Qazaxıstanın növbədənkənar prezident seçkilərində növbəti dəfə qalib oldu. Seçki məntəqələrinə gələn vətəndaşların 97,7 faizi hazırkı prezidentə səs verib.

Nazarbayev 1990-cı ilin aprel ayından Qazaxıstanın prezidentidir və sabiq SSRİ ölkələrində hakimiyyətdə olan liderlər arasında rekord vurub.