» » Britaniyanın Bakıdakı sabiq səfiri Moskvaya təyinat aldı

Britaniyanın Bakıdakı sabiq səfiri Moskvaya təyinat aldı

Britaniyanın Bakıdakı sabiq səfiri Moskvaya təyinat aldı

Diplomat öz vəzifəsinin icrasına 2016-cı ilin yanvar ayında başlayacaq.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyində Milli təhlükəsizlik üzrə departamentə rəhbərlik edən Lori Bristou Rusiyada yeni səfir vəzifəsinə təyin edilib.  

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əlahəzrət Lori Bristounu Rusiya Federasiyasına diplomatik xidmətin digər vəzifəsinə keçiriləcək ser Tim Barrounun əvəzinə səfir təyin edib”, məlumatda deyilir.

2007-ci ildən 2010-cu ilə qədər Moskvada işləyən 51 yaşlı diplomat öz vəzifəsinin icrasına 2016-cı ilin yanvar ayında başlayacaq, bunu Böyük Britaniyanın XİN-də dəqiqləşdiriblər.

İndiyə qədər Bristou 2004-2007-ci illərdə Britaniyanın Azərbaycandakı səfiri olub, eləcə də Britaniyanın Tayvandda, Rumıniyada, Türkiyədəki diplomatik nümayəndəliklərində işləyib, NATO-da zabitlik kursları keçib. O, 2003-cü ildə İraqla əlaqədar strategiyanı hazırlayan departamentdə çalışıb.