» » Telman İsmayılov həbs oluna bilər

Telman İsmayılov həbs oluna bilər

Telman İsmayılov həbs oluna bilər

“O, qazandığı asan pullarla borclarını ödəyəcək gücdədir”.

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun müflisləşməsi ilə bağlı xəbərlər hələ də Rusiya gündəmindədir. İndi heç kimlə ünsiyyət qurmaq istəməyən və harda olduğu bilinməyən iş adamının iflasa uğramasının səbəbləri nədir?

ucarliyiq.biz-ın  ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Rusiyada Telman İsmayılovu adı hallandıqda hamının ağlına qaçaqmal satışı səbəbindən bağlanan “Çerkizov” bazarı və Antalyadakı dəbdəbəli “Mardan Palace” otelinin möhtəşəm açılış mərasimi gəlir. 

Şou biznes ulduzlarına milyonlarla dollarlıq hədiyyələr verməyi adət halına gətirən milyarder iş adamının indi düşdüyü vəziyyət ilk baxışda təəccüblü görünsə də, Rusiya Dumasının millət vəkilləri bunun qaçılmaz bir nəticə olduğuna inanırlar. 

Telman İsmayılovun iflasa uğramasının səbəbləri barədə isə Rusiyada fərqli düşünürlər.

“İnsan başqa bir ölkəyə milyardlarla kapital qoyanda, lüks otel açıb pulu havaya sovuranda, istər-istəməz belə bir sual ortaya çıxır ki, bu qədər pul bu adamda hardandır. Sonra da müflisləşmə təhlükəsi ortaya çıxanda isə bunda siyasi səbəblər axtarmaq yerinə bunu başa düşməliyik ki, əgər sən pulu Rusiyada qazanırsansa, kapitalı da bu ölkəyə qoymalısan. Belə olsaydı, bu problemlər də yaşanmazdı”, – deyə Duma üzvü Vladimir Sısoyev bildirib.

“Telman İsmayılov asan yollarla qazandığı pulları elə asanlıqla da xərclədi. Onun ətrafında yaxşı bir komanda olmadığı üçün bu biznesini inkişaf etdirə bilmədi. Çünki indiki şərtlərdə bizneslə məşğul olmaq o qədər də asan deyil. Bu səbəbdən Telman İsmayılovun imperiyası dağılmağa başladı. Məncə o, qazandığı asan pullarla borclarını ödəyəcək gücdədir”, - deyə Duma üzvü Viktor Gonçarov vurğulayıb.

Dumanın korrupsiya ilə mübarizə komitəsinin üzvü millət vəkili Anatoli Viborni isə Telman İsmayılovun həbsi ehtimalını da istisna etmir:

“Rusiya 90-ci illəri artıq geridə qoydu. Əvvəllər iş adamları kreditın ödənilməsindən yayınmaq üçün bankla razılaşa bilirdisə və ya kimisə sifarişlə həbsə atmaq mümkün idisə, indi belə hallar ortadan qaldırılıb. Dövlətin ciddi nəzarəti altına alınan biznes isə israfçılıq kimi halları bağışlamır. Ona görə mən Telman İsmayılovun həbsi barədə bir məhkəmə qərərının çıxacağı ehtimalını da istisna etmirəm”.

Telman İsmayılovun iflasa uğradığını qəbul etməsi üçün Moskva Arbitraj Məhkəməsinə şikayət edən “Bank Moskvı” isə 286 milyon dollarlıq alacağı üçün Azərbaycan əsilli biznesmenin Moskvadakı əmlakına həbs qoydurub.