» » Belçika mətbuatı Sen-Deni kamikadzesinin şəkillərini dərc etdi

Belçika mətbuatı Sen-Deni kamikadzesinin şəkillərini dərc etdi

Belçika mətbuatı Sen-Deni kamikadzesinin şəkillərini dərc etdi

O, xüsusi xidmətlərin nəzarətində idi.

Belçikanın “DH.be” nəşri Parisin ətrafında yerləşən Sen-Denidə polisin keçirdiyi xüsusi əməliyyat zamanı, bədəninə bağladığı partlayıcı qurğunu işə salması ehtimal edilən terrorçu-kamikadze qadının şəklini dərc edib.

ucarliyiq.biz LIFENEWS-a istinadən xəbər verir ki, onun adı Hasna Aitbulahendir və o, noyabrın 13-də Parisdə baş verən terror aktlarının təşkilində şübhəli bilinən Abdelhəmid Abaudun qohumudur.

Mərakeş əsilli 26 yaşlı fransız qadın Aitbulahen Parisdə doğulub, inşaat biznesində çalışıb və “The Guardian”ın məlumatına görə, 2012-ci ilə qədər xüsusi xidmətlərin nəzarətində olub.

Daha sonra təqib dayandırılıb, belə ki, qadının hökumət əleyhinə və ya cinayət fəaliyyətinə aidiyyatı olmayıb. Bundan başqa, qadının fransız paytaxtında törədilən terror aktlarının təşkil edilməsində şübhəli bilinən Abdelhəmid Abaud ilə əlaqəsinə dair hüquq-mühafizə orqanlarında məlumat olmayıb.

Özünü partlatmadan bir neçə dəqiqə öncə Hasna Aitbulahen öz əlbirlərinə xəbərdarlıq etmək üçün telefonla zəng edib. Həmin əlbirlər xüsusi əməliyyat zamanı saxlanılıb, ikisi isə öldürülüb.

Xatırladaq ki, Parisin ətrafında yerləşən Sen-Denidə polislər terror aktlarının təşkilinə aidiyyatı olanların saxlanılması üzrə xüsusi əməliyyatı sona çatdırıb.

İlkin məlumata əsasən, əməliyyat nəticəsində iki terrorçu öldürülüb, yeddi terrorçu isə saxlanılıb. Bununla yanaşı, Paris KİV-i polisin xüsusi əməliyyatının Sen-Deni mərkəzində terror aktlarının təşkilinə aidiyyatı olması ehtimal edilən Abdelhəmid Abaudun saxlanılmasına yönəldiyini iddia edirdilər.

Belçika mətbuatı Sen-Deni kamikadzesinin şəkillərini dərc etdi