» » İŞİD Nyu-Yorku hədələdi – VİDEO

İŞİD Nyu-Yorku hədələdi – VİDEO

İŞİD Nyu-Yorku hədələdi – VİDEO

Kişi bombanı yığıb gödəkçəsinin altında gizlədir.

İŞİD yaraqlıları Nyu-Yorkun insanların sıx yaşadığı rayonunda terror aktı həyata keçirəcəklərini vəd etdikləri videomüraciət paylaşıblar, NYPost nəşri məlumat yayıb.

ucarliyiq.biz LIFENEWS-a istinadən xəbər verir ki, videoda üzü göstərilməyən kişi bombanı yığıb gödəkçəsinin altında gizlədir.

Kadrlarda həmçinin Manhettenin mərkəzində yerləşən Tayms-skver meydanı da göstərilir. Amerika nəşrinin iddia etdiyi kimi, İŞİD kamikadzesinin terror aktı törətməsinə dair real təhlükə mövcuddur.  

Daha öncə yaraqlıların ABŞ-ın paytaxtı Vaşinqtonda terror aktlarının, eləcə də Fransada yeni hücumların təşkilinə dair planları barədə məlumatlar yayılmışdı.