» » Rusiya televiziyası: Bakı – bu, gözəl qadınlar deməkdir – VİDEO

Rusiya televiziyası: Bakı – bu, gözəl qadınlar deməkdir – VİDEO

Rusiya televiziyası: Bakı – bu, gözəl qadınlar deməkdir – VİDEO

“Azərbaycan sivil ölkədir”.

Rusiyanın “Birinci” kanalının efirində “Struktura momenta” (Anın strukturu) ictimai-siyasi tok-şousunun iştirakçıları arasında ciddi polemika yaranıb.

Ekspertlər Misir və Parisdə törədilən son terror aktları ilə əlaqədar terrorizmin ümumbəşəri təhlükəsinə dair fikirlərdə toqquşublar, eləcə də qaçqınlarla bağlı problemlərə toxunublar.

ucarliyiq.biz xəbər verir ki, aparıcı Valeri Fadeyev əhalisinin əksəriyyətinin dini etiqadı islam olan və dini radikalizmin heç bir formada təzahür etmədiyi sivil dövlətin müsbət nümunəsi kimi Azərbaycanı göstərib (21:49 bax.)

“Bakı – bu, gözəl qadınlar, gözəl libaslardır. Azərbaycan sivil dövlətdir”, - deyə, vurğulayan “Struktura momenta” verilişinin aparıcısı Valeri Fadeyev əlavə edib ki, Azərbaycan müsəlman ölkəsidir, bununla yanaşı o, həm də sivil ölkədir.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Ruslan Qurbanovun bu faktı kiçiltmək üçün gətirdiyi tamamilə əsassız arqumentləri belə aparıcını fikrindən döndərə bilməyib və o, inadla “Azərbaycan müsəlman ölkəsidir, bununla yanaşı o, həm də sivil ölkədir” deyə təkrar edərək öz fikrində qalıb.