» » Gürcüstanın Müdafiə naziri Azərbaycana gələcək

Gürcüstanın Müdafiə naziri Azərbaycana gələcək

Gürcüstanın Müdafiə naziri Azərbaycana gələcək

Rəsmi səfərlər Kanadadan başlayacaq.

Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli bu il dekabrın əvvəlində Azərbaycana gələcək, “Gruziya Online” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.  

ucarliyiq.biz xəbər verir ki, Xidaşeli cümə günü Şimali Amerika və Avropa ölkələrinə iki həftəlik turneyə yola düşüb.

Müdafiə naziri rəsmi görüşlərinə Kanadadan başlayacaq, daha sonra Nyu-Yorka yola düşəcək, orada BMT-nin sülhməramlı missiyalarının rəhbərləri ilə görüşəcək.

Daha sonra isə Avropada bir sıra vacib görüşlər keçirəcək.

Xəbər verildiyi kimi iki həftəlik turne Bakıda sona çatacaq.