» » Fransanın baş naziri terrorçular tərəfindən kimyəvi silahın istifadəsi təhlükəsindən danışdı

Fransanın baş naziri terrorçular tərəfindən kimyəvi silahın istifadəsi təhlükəsindən danışdı

Fransanın baş naziri terrorçular tərəfindən kimyəvi silahın istifadəsi təhlükəsindən danışdı

“Terrorçular həmçinin bakterioloji silahdan istifadə edə bilərlər”.

Fransanın baş naziri Manuel Vals terrorçuların kimyəvi və ya bakterioloji silahdan istifadə edə biləcəklərini istisna etmir, ucarliyiq.biz  xəbər verir.

Vals bildirib ki, terrorçular tərəfindən kimyəvi və ya bakterioloji silahın istifadə riski mövcuddur.

O, bu barədə cümə axşamı Parisdə baş verən terror aktları ilə əlaqədar fövqəladə vəziyyətin üç aya qədər uzadılmasına dair səsvermənin keçirildiyi Fransanın Milli Məclisində (parlamentin aşağı palatası) çıxış edərkən bəyan edib.

Qeyd edək ki, noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. 

Naməlum şəxslər Fransa paytaxtında restoranların birində atəş açıblar. Fransanın prezidenti Fransua Ollandın iştirak etdiyi Fransa və Almaniya yığmalarının yoldaşlıq görüşü keçirilən “Satd de Frans” stadionu yaxınlığında üç partlayış baş verib. 

“Bataklan” teatrında naməlum şəxslər insanları girov götürüblər. Son məlumata görə, 129 nəfər bu terror aktlarının qurbanı olub, 352 nəfər isə xəsarət alıb.