» » Ermənistan parlamenti Lavrovun İrəvan səfərini müzakirə edir

Ermənistan parlamenti Lavrovun İrəvan səfərini müzakirə edir

Ermənistan parlamenti Lavrovun İrəvan səfərini müzakirə edir

Qapalı görüş keçirilir.

Ermənistanın parlamentində deputatların XİN rəhbəri Edvard Nalbandyanla qapalı görüşü keçirilir.

ucarliyiq.biz erməni KİV-ə istinadən xəbər verir ki, görüşdə parlamentin xarici əlaqələr komissiyası, AŞPA nümayəndə heyəti, həmçinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edirlər.

Gözlənilir ki, görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfəri müzakirə olunacaq.

Bəzi məlumatlara görə, Lavrovun səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər gündəmdə olub.