» » İran öz bazarını McDonald's üçün bağladı

İran öz bazarını McDonald's üçün bağladı

İran öz bazarını McDonald's üçün bağladı

“Bəzi istehlak mallarında ABŞ-ın simvolunu görmək olar”.

İran xalqın Amerika dəyərlərini qəbul etməməsi səbəbindən McDonald's-ın bazarda iştirakına yol verməyəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə verdiyi müsahibəsində İranın Sənaye, mədən və ticarət nazirinin birinci müavini Moctab Xosroutac bəyan edib.

“Bəzi istehlak mallarında ABŞ simvolunu görmək olar. Məsələn, McDonald's-ı götürək. Müxtəlif ölkələrdə insanlar McDonald's-ı ölkədə Amerikanın iştirakı kimi qəbul edirlər.

İran xalqı uzun illər boyu ABŞ-ın bizim düşmənimiz olduğunu dərk edirdi. İnsanlar düşünürlər ki, hal-hazırkı mərhələdə müxtəlif regionlarda mübahisələrimiz və beynəlxalq məsələlərdə müxtəlif mövqelərimiz olan ölkənin simvolu yolverilməzdir”, - Xosroutac qeyd edib.

Nazir müavini əmindir ki, Amerikanın bu və ya digər şəkildə simvolu olan bu qəbildən olan məmulatlar və ya franşizalar xalq tərəfindən qəbul edilməyəcək.

McDonald's-ın sanksiyaların ləğvindən sonra İran bazarına mümkün çıxışı barədə suala cavab verərkən agentliyin həmsöhbəti deyib:

“Mədəni sahədə fərqimiz, viza ilə poblemlərimiz, beynəlxalq məsələlərdə müxtəlif mövqelərimiz olduğu halda bu necə ola bilər?

“Biz düşünmürük ki, ölkəmizdə bu qəbildən olan iştirak mümkündür”, - o, sözünü yekunlaşdırıb.

Qeyd edək ki, McDonald's dünyada iri restoranlar şəbəkəsidir, dünyanın 119 ölkəsində gündə 68 milyon müştəriyə xidmət edən şəbəkənin 35 min məntəqəsi var.