» » Türkmənistanda regional qaz kəməri inşa ediləcək

Türkmənistanda regional qaz kəməri inşa ediləcək

Türkmənistanda regional qaz kəməri inşa ediləcək

Qaz kəmərinin optimal marşrutu Xəzərdən keçərək Azərbaycan sahilinə qədər çəkilməsi ola bilər.

2015-ci ilin dekabr ayında Türkmənistanda Şərq-Qərb qaz kəməri istismara veriləcək.

ucarliyiq.biz “Neftegaz.Ru”ya istinadən xəbər verir ki, bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

Türkmənistan başçısının qeyd etdiyi kimi bu qaz kəmərinin işə başlaması ilə dünyanın enerji təhlükəsizliyinə sərmayə yatıran ölkənin siyasi və iqtisadi imkanları da artacaq.

Qaz kəməri şərq regionlarının iri yataqlarından Türkmənistanın digər qaz kəmərlərinə qazın nəqli üçün nəzərdə tutulub.  

Ötürücülük qabiliyyəti ildə 30 milyard kubmetrdir.

Qaz nəqli sisteminin uzunluğu 773 kilometrdir.

Şərq-Qərb qaz kəmərinin xammal mənbəyi Qalkınış yatağıdır.

Şərq-Qərb qaz kəməri türkmən qazının Avropaya tədarükü üçün istifadə edilə bilər.

Qaz kəmərinin optimal marşrutu 300 km-nin Xəzərdən keçərək, Azərbaycan sahilinə qədər çəkilməsi ola bilər. Azərbaycan türkmən qazının Türkiyəyə, daha sonra isə satış üçün Avropa bazarına tədarükü üçün tranzit ölkə ola bilər.