» » Girov götürülən milyarderi 23 yaşlı qızı öldürməyə məcbur etdilər

Girov götürülən milyarderi 23 yaşlı qızı öldürməyə məcbur etdilər

Girov götürülən milyarderi 23 yaşlı qızı öldürməyə məcbur etdilər

Cinayətkarlar hadisəni videoya çəkiblər.

Çində məşhur milyarder Çan İnçini girov götürən oğrular onu masaj salonunun 23 yaşlı qadın işçisini boğaraq öldürməyə məcbur ediblər.

ucarliyiq.biz The South China Morning Post nəşrinə istinadən xəbər verir ki, baş verənləri videoya çəkən cinayətkarlar, biznesmenə görə 100 milyon yuan (15,6 milyon dollar) aldıqdıqdan sonra onu buraxıblar.

Çan İnçinin sözlərinə görə, onu qaçıranlar ümid edirdilər ki, sərbəst buraxıldıqdan sonra milyarder polisə getməyəcək. Lakin biznesmen azadlığa çıxan kimi ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Cinayət törədilən yerdə qızın cəsədinin yandırıldığı soba tapılıb.

Polislər 4 şübhəli şəxsi artıq həbs ediblər. 

Məlumata görə, Çan İnçi Çinin Yibin şəhərinin ən varlı adamıdır. Milyarderi 10 noyabr tarixində oğurlamışdılar.

Hadisə zamanı o xəsarət almayıb. Cinayətkarlar həbs edildikdən sonra Çan öz işinə qayıdıb.