» » Belçika yığmasının futbolçusunu terrorçu ilə səhv saldılar

Belçika yığmasının futbolçusunu terrorçu ilə səhv saldılar

Belçika yığmasının futbolçusunu terrorçu ilə səhv saldılar

Oyunçunun xarici görünüşü mehmanxananın qonaqlarının diqqətini çəkib.

Belçikanın futbol üzrə yığmasının və İtaliyanın “Roma” komandasının yarımmüdafiəçisi Rac Niqqolanı Antverpendə oteldə terrorçuya oxşadıblar, La Gazzetta dello Sport məlumat yayıb.

ucarliyiq.biz lenta-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu İspaniya ilə yoldaşlıq matçının ləğv edilməsindən istifadə edərək Romaya qayıtmazdan öncə ailəsi və dostları ilə görüşməyi qərara alıb.

Belçikalı futbolçu doğma Antverpendə oteldə qalıb. Oyunçunun xarici görünüşü mehmanxananın qonaqlarının diqqətini çəkib.

Onlar Niqqolanı saxlamaq üçün otelə polis çağırıblar. Polislər gələn kimi məşhur xavbeki tanıyıblar. Asayiş keşikçiləri futbolçudan üzr istəyiblər, onunla şəkil çəkdirdikdən sonra isə oteli tərk ediblər.

Belçika və İspaniya yığmalarının noyabrın 17-də Brüsseldə keçirilməli olan yoldaşlıq matçı ləğv edilib. Qərar Belçika hökumətinin təkidi ilə qəbul edilib. Nazirlər kabineti görüş zamanı terror aktının törədilməsinin ehtimalının yüksək olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 14-nə keçən gecə fransız paytaxtında silsilə terror aktları törədilib. 129 nəfər terror aktlarının qurbanı olub, 350-dən çox adam isə xəsarət alıb.