» » Rosfinmonitorinq: Azərbaycanlılar İŞİD-ə böyük məbləğdə pullar köçürürlər

Rosfinmonitorinq: Azərbaycanlılar İŞİD-ə böyük məbləğdə pullar köçürürlər

Rosfinmonitorinq: Azərbaycanlılar İŞİD-ə böyük məbləğdə pullar köçürürlər

Onlar tez-tez kredit götürür və ya əmlaklarını satırlar.

2013-2014-cü illərdə 3,5 min rusiyalı terror qruplaşmalarına pul vəsaiti köçürüblər.

Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, bu il İŞİD qruplaşmasına 300 milyon rubldan çox (4,5 milyon dollardan çox) vəsait köçürülüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Federal Maliyyə Monitorinq Xidmətindən (Rosfinmonitorinq) olan mənbə bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları pulların əsasən internet - sosial şəbəkələr və kraudfandinq platformalarından toplandığını deyiblər.

Məsələn, keçən il “Bulqarski Salman” ləqəbli rusiyalı Suriyada terror aktlarının törədilməsinə yaraqlıları cəlb edirdi və pulları elektron pul kisəsinə yığırdı. Bundan başqa, münaqişədə iştirak etmək üçün ölkədən gedən şəxslərə də pul vəsaiti verirlər.

Onlar tez-tez kredit götürür və ya əmlaklarını satırlar. Bununla yanaşı istifadəçinin xəbəri olmadığı maliyyələşdirmə formaları da mövcuddur, məsələn, müsəlman forumlarında bahalı qiymətə malların satıldığı internet-mağazalar.

Terrorçuların 40 ölkədən pul aldıqları hesab edilir.

“İlkin təhlilə əsasən, çoxsaylı əməliyyatları görürük. MDB ölkələri arasında birinci yerdə Qazaxıstandır, ikinci yerdə Azərbaycan, üçüncü yerdə isə Türkmənistandır”, - “İzvestiya”nın həmsöhbəti vurğulayıb.