» » Ermənilər AŞPA-da səsvermə hüququndan məhrum ola bilərlər

Ermənilər AŞPA-da səsvermə hüququndan məhrum ola bilərlər

Ermənilər AŞPA-da səsvermə hüququndan məhrum ola bilərlər

“Onun komissiyada qəbul edilməsinin qarşısını almaq üçün heç bir şans yoxdur”.

AŞPA-nın qış sessiyasında yanvar ayında iki qətnamənin layihəsi müzakirə ediləcək, onlardan biri komissiya səviyyəsində 15 gün öncə təsdiqlənib, ikincisi isə bu proseduru gələn bazar günü keçəcək.

ucarliyiq.biz “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə “Aykakan jamanax” məlumat yayıb.  

AŞPA-nın sosial məsələlər üzrə komissiyası noyabrın 23-də Dağlıq Qarabağdakı Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhədyanı rayonlarını məqsədyönlü şəkildə sudan məhrum edirlər” adlı məruzəsini müzakirə edəcək.

Komissiyada bu sənədin qəbulunun qarşısını almaq üçün heç bir şans yoxdur və təbii ki, məruzə layihə şəklində AŞPA-nın qış sessiyasının gündəmində yer alacaq.

Xatırladaq ki, həmin sessiyada Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” qətnaməsinin layihəsi də müzakirə ediləcək. Həmin qətnamədə erməni qoşunlarının ərazidən çıxarılmasına dair tələb yer alır. Amma bu hələ son deyil.

Uolterin məruzəsinin 17-ci bəndində AŞPA-da erməni heyətinə qarşı sanksiyalardan söhbət gedir. Yəni, yanvar sessiyasında bizim heyətin səsvermə hüququndan məhrum edilməsi məsələsi qaldırıla bilər”, - “Aykakan jamanax” yazır.