» » Erməniləri Sarkisyana qarşı qiyama çağırdılar

Erməniləri Sarkisyana qarşı qiyama çağırdılar

Erməniləri Sarkisyana qarşı qiyama çağırdılar

“Vətəndaşlar hətta öz həyatlarını idarə etmək iqtidarında deyillər”.

Ermənistan vətəndaşlarının mövcud quruluşa qarşı çıxmaqdan başqa yolu yoxdur.

ucarliyiq.biz “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə noyabrın 20-də Ermənistan parlamentinin fraksiyalarının brifinqində “Naslediya” fraksiyasının deputatı Zarui Postancyan bəyan edib.

“Vətəndaşlar hətta öz həyatlarını idarə etmək iqtidarında deyillər. Hakimiyyət onlara belə imkan vermir. Respublikanın 2016-cı il üçün dövlət büdcəsi növbəti dəfə ehtiyacı olanlara heç minimal yardımı belə etmir”, - Postancyan vurğulayıb.

Onun sözlərinə görə, bir çıxış yolu var – bu da ölkənin həyatında sistem dəyişikliklərinə nail olmaqdır. Buna yalnız növbədənkənar seçkilərlə nail olmaq olar.

“O vaxta qədər isə müvəqqəti hakimiyyət seçkilərin ədalətli olacağına zəmanət verməlidir. Amma hərəkatın bir lideri olmamalıdır. Hər birimiz öz yerimizdə lider olmalıyıq”, - müxalifətçi əlavə edib.