» » Rusiyada rusları alçaldan azərbaycanlı saxlanıldı

Rusiyada rusları alçaldan azərbaycanlı saxlanıldı

Rusiyada rusları alçaldan azərbaycanlı saxlanıldı

Baş verənlərin təfərrüatları aydınlaşdırılır.

Rusiyada Kilinin rayonunun müstəntiqləri tərəfindən azərbaycanlıya qarşı “Milli zəmində nifrətin yaradılması” maddəsi üzrə cinayət işi qaldırılıb.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Komsomolka” məlumat yayıb.

“2011-ci ildən 2015-ci ilə qədər 56 yaşlı kişi nifrət hissinə görə, rusdilli əhalini alçaldıb. O, öz əməllərinin hüquqa zidd olduğunu dərk edərək, dəfələrlə Lisitsa kəndinin rus sakinlərini təhqir edib, bununla da rus milliyyətinə aid olan bir qrup şəxsi alçaldıb”- RF İstintaq Komitəsinin Tver vilayəti üzrə İstintaq İdarəsində bildirilib.

Lisitsa kəndinin sakinlərindən birinin “Komsomolka”ya dediyinə görə, kişi kənddə maşın sürərək səsucaldıcının yardımı ilə kəndin rus sakinlərinin ünvanına təhqir və təhdidlər səsləndirib.

Hal-hazırda baş verənlərin təfərrüatları aydınlaşdırılır. Bu maddə ilə o, iki il müddətinə azadlıqdan məhrum edilə bilər.