» » Malidə silahlılar oteldə 170 nəfəri girov götürdü

Malidə silahlılar oteldə 170 nəfəri girov götürdü

Malidə silahlılar oteldə 170 nəfəri girov götürdü

Atışma gedir.

Malinin paytaxtı Bomako şəhərində iki silahlı şəxs “Radisson” otelində 170 nəfəri girov götürüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Bomako otelinin daxil olduğu Rezidor otellər qrupunun mətbuat katibi bildirib.

“Onlar 140-ı qonaq, 30 otel əməkdaşını girov götürüblər. Beləliklə də otel blok edilib, otelə giriş və çıxış qadağan olunub”, - otellər qrupunun mətbuat katibi bildirib.

Reuters-in məlumatına görə, silahlılar otelə “Allahu-Əkbər” qışqıra-qışqıra daxil olublar. 

Daha öncə naməlum şəxslərin Malinin paytaxtının mərkəzində yerləşən Radisson Hotel Bomako otelinə hücum etdikləri bildirilmişdi.

Reuters agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının qüvvələri oteli mühasirəyə alıblar. Hazırda otel binasında atışma gedir.